Avtosfer.az | Reklam
Pirallahı yolunda yol qəzası oldu: xəsarət alanlar var
Qəzalar 8 Noyabr 2019 20:25 182 dəfə oxunub
Pirallahı yolunda yol qəzası oldu: xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Bakıda yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Pirallahı yolunda qeydə alınıb. Qəza nəticəsində Pirallahı rayon sakinləri - 1930-cu il təvəllüdlü Adıgözəlov Sədi Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Nəsibova Məryəm Sədi qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh