Avtosfer.az | Reklam
Hər bir müraciət diqqətlə araşdırılır
Gündəm 8 Noyabr 2019 21:15 250 dəfə oxunub
Hər bir müraciət diqqətlə araşdırılır
Yəni abadlaşdırma zamanı heç bir qəbir dağıdılmamış, korlanmamış və üzərində təhqiredici hərəkətlər olmamışdır

Polisdən razılığını, ona təşəkkürünü DİN rəhbərliyinə göndərdiyi məktubda ifadə edən vətəndaş yaxşı bilir ki, bir cinayətin üstünü açmaqdan ötrü polis necə gecəsini-gündüzünə qatır, şahidləri dindirir, ən xırda detalları belə diqqətdə saxlayır.
Bu iş zərgər dəqiqliyini sevir. Elə etməlisən ki, zərərçəkənin də, zərərverənin də hüququ pozulmasın, haqqın tərəzisi nə sağa əyilsin, nə də ki, sola.
Bəzən biri-birinin qanına susayanları barışdırmaq üçün polisin barışdırıcı mövqe tutmasının da az şahidi olmamışıq.
Bakı Dağ Yəhudiləri Dini İcmasının DİN-ə ünvanadığı məktub diqqətimi çəkdi. Həssas bir mövzuya polisin vətəndaş mövqeyi, həmçinin öz vəzifə borcunu layiqincə yerinə yetirməsi təqdir olunurdu.
İcmadan yazırlar ki, Yasamal rayonu ərazisində yerləşən qəbirstanlıqda aparılmış abadlıq işləri Berlindəki “Bakinets” cəmiyyətinin sədri Elmira Əşrəfovanın etirazına səbəb olub. Buna görə də o, baş verənlərlə bağlı polisə müraciət edərək məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini istəyib. Polis tərəfindən hadisə yerinə baxış keçirilib və onun etirazını ifadə etdiyi fikirlər öz təsdiqini tapmayıb.
Onlar məsələyə yanaşmasına və mütəxəssis kimi düzgün qərar verdiyinə görə iyirmi minlik Bakı Dağ Yəhudiləri adından Yasamal RPİ-nin baş müstəntiqi, polis mayoru Mehrab Məmmədova təşəkkürlərini bildirirlər...
Düzü, qəbir daşlarının təhqir olunması, dağıdılması çox həssas bir movzudur və bu, həm insanlığa, həm də qanuna ziddir. Vətəndaş məmnunluğuna xidmət edən mövqe sərgilədiyinə, düzgün qərar qəbul etdiyinə görə təşəkkürə layiq bilinən həmkarımızla həmsöhbət olmaq üçün Yasamal RPİ-yə yollandım. İdarə rəisi, polis polkovniki Cəmil Əmirov məktubdan məlumatlı olduğunu bildirdi. Dedi ki, polis mayoru Mehrab Məmmədov gənc olsa da peşəkar müstəntiqdir.
Vaxt itirmədən mükafatı təşəkkür olan, polisin adına və andına sadiq həmkarımızla da görüşdük.
Sözügedən məsələ ilə bağlı o, bunları diqqətimizə çatdırdı: “Əvvəlcə vətəndaşın etiraz məktubu ilə bağlı Bakı Dağ Yəhudiləri Dini İcmasını yazılı və şifahi şəkildə məlumatlandırdım. Məlum oldu ki, İcma tərəfindən 2016-və 2017-ci illərdə köhnə qəbirstanlıq abadlaşdırılmışdır. Sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsinə uyğun heç bir hərəkət qeydə alınmamışdır. Yəni abadlaşdırma zamanı heç bir qəbir dağıdılmamış, korlanmamış və üzərində təhqiredici hərəkətlər olmamışdır.”

ŞƏRH YAZ
Ad
E-mail
Şərh