Heç sürülməmiş maşına 4 ay əvvəlin cəriməsi gəlib - VİDEO

Xəbərlər 8 Noyabr 2019 21:35 Oxunub 1637
Heç sürülməmiş maşına 4 ay əvvəlin cəriməsi gəlib    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
cərimə ilə bağlı uyğunsuzluq 3 sentyabr tarixində aradan qaldırılıb

Bakı sakini may ayında salondan heç sürülməmiş maşın alıb, lakin avtomobilə yanvar ayının cərimələri gəlib.

Avtosfer.az-ın məlumatına görə, belə halla Bakı sakini Ramil Mirzəyev üzləşib.

O, bu ilin may ayında avtomobil salonlarının birindən heç sürülməmiş maşın alıb. Bir neçə gün sonra isə artıq onun avtomobilinin cəriməsinin olduğu bildirilib.

Vətəndaş iddia edir ki, protokolda qeyd edilən ünvanda nəinki olmayıb, həmin vaxt ümumiyyətlə, belə bir maşını olmayıb.

Ramil Mirzəyev deyir ki, birinci dəfə cəriməni ödəyib, lakin sonradan yenə ona cərimə gəlib. O deyir ki, gələn cərimələrdə onun sahib olduğu qeydiyyat nişanı başqa bir avtomobilin üzərindədir. Həmin avtomobilin cərimələrinə görə də, o, avtomobilini rahatlıqla idarə edə bilmir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, cərimə ilə bağlı uyğunsuzluq 3 sentyabr tarixində aradan qaldırılıb. Hazırda həmin sürücünün heç bir cəriməsi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh