Avtosfer.az | Reklam
Səngəçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var
Qəzalar 8 Noyabr 2019 22:30 883 dəfə oxunub
Səngəçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Bakıda yük maşını ilə minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səngəçal magistral yolunda qeydə alınıb. 

Belə ki, "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Həsənov Cavanşir İbrahim oğlu, 1959-cu il təvəllüdlü Ayvazova Mirvari İsa qızı və 2003-cü il təvəllüdlü İsayeva Aysa Zaur qızı xəsarət alıblar. 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H.Cavanşirə və A.Mirvariyə qapalı kəllə-beyin travması, İ.Aysaya isə üst dodağının əzilmiş yarası diaqnozları qoyulub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh