Avtosfer.az | Reklam
Qaxda idarəetmədən çıxan avtomobil evin qapısına çırpılıb
Qəzalar 9 Noyabr 2019 01:15 1082 dəfə oxunub
Qaxda idarəetmədən çıxan avtomobil evin qapısına çırpılıb
Faktla bağlı araşdırma aparılır

Qax şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “99-HB-092” dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən həyətlərdən birinin qapısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən biri, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Nicat Rəsul oğlu Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı həyətin qapısı yararsız vəziyyətə düşüb. 

Başından xəsarət alan 17 yaşlı gəncə ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh