Avtosfer.az | Reklam
Hacıqabulda yol qəzası olub, xəsarət alan var
Qəzalar 9 Noyabr 2019 01:00 416 dəfə oxunub
Hacıqabulda yol qəzası olub, xəsarət alan var
Faktla bağlı araşdırma aparılır

Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hundai”markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyev Talıb Şirəli oğlu yüngül xəsarət alıb. Hadisə yerində ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh