Avtosfer.az | Reklam
Xətaidə sürücü avtomobilini dirəyə çırpdı: xəsarət alan var
Qəzalar 9 Noyabr 2019 09:35 194 dəfə oxunub
Xətaidə sürücü avtomobilini dirəyə çırpdı: xəsarət alan var
Faktla bağlı araşdırma aparılır

Bakıda növbəti yol-nəqliyyat hadisəs baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Seyidov Darvin Məhəmməd oğlu ona məxsus olan avtomobillə idarəetməni itirib.

Avtomobil səkidəki dəmir dirəyə dəyərək dayanıb.

Qəzada yaralanan sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona açıq kəllə beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh