Avtosfer.az | Reklam
Maştağada maşın sərxoş piyadanı vurub
Qəzalar 9 Noyabr 2019 10:45 201 dəfə oxunub
Maştağada maşın sərxoş piyadanı vurub
Faktla bağlı araşdırma aparılır

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1969-cu il təvəllüdlü İsgəndərov Kamil Babacan oğlunu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona döş qəfəsinin və qarnın küt travması diaqnozu qoyulub. İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh