Avtosfer.az | Reklam
Lənkəranda avtomobil divara çırpıldı: yaralanan var
Qəzalar 9 Noyabr 2019 12:30 247 dəfə oxunub
Lənkəranda avtomobil divara çırpıldı: yaralanan var
Faktla bağlı araşdırma aparılır

Lənkəranda avtomobil divara çırpılıb, bir nəfər yaralanıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza rayonun Vilvan kəndində baş verib. Cil kənd sakini, 1998-ci il təvəllüdlü Şahhüseyn Şəfi oğlu Nəsirzadə idarəetməni itirərək “VAZ 2106” markalı avtomobillə yol kənarındakı yarımtikiliyə çırpılıb. Deformasiyaya uğrayan avtomobilin içindən yaxınlıqdakıların köməyilə çıxarılan sürücü sol qulaqda cırılmış yara, boğaz və alın nahiyəsində sıyrıntılarla rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti normaldır. Ehtimal edilir ki, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh