Avtosfer.az | Reklam
“Hallı” sürücünün avtobusu dayanacağa çırpdığı anın - VİDEOsu
Avtosfer TV 9 Noyabr 2019 12:15 292 dəfə oxunub
“Hallı” sürücünün avtobusu dayanacağa çırpdığı anın - VİDEOsu
Hadisə nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb

Noyabrın 3-də İstanbulun Beşikdaş rayonunda sərnişin avtobusunun dayanacağa çırpılması nəticəsində 1 nəfərin ölümü, 12 nəfərin də yaralanması ilə baş verən qəzanın görüntüləri yayımlanıb.

Kadrlarda, sərnişin avtobusunun olduqca sürətli olduğu, sürücünün çox gec əyləcə basdığı görülür.

Qeyd edək ki, qəzadan sonra sürücü Necdət Qaraquş əlində bıçaqla avtobusdan enərək dayanacaqda bir nəfəri bıçaqlayaraq dənizə atlamışdı və ardından da polis tərəfindən yaxalanmışdır.

O, ifadəsində hadisədən əvvəl narkotik maddə qəbul etdiyini etiraf edərək, çıxarıldığı məhkəmənin qərarı ilə həbs edilmişdir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh