Avtosfer.az | Reklam
Alkoqol və siqaretin satışının qarşı mübarizə davam edir
Gündəm 9 Noyabr 2019 13:00 170 dəfə oxunub
Alkoqol və siqaretin satışının qarşı mübarizə davam edir
Bu istiqamətdə reydlər davam etdirilir

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilmişdir.
Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.
Bu istiqamətdə reydlər davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh