Avtosfer.az | Reklam
Xaçmazda avtomobil yolu keçən şəxsi vurub
Qəzalar 9 Noyabr 2019 13:45 182 dəfə oxunub
Xaçmazda avtomobil yolu keçən şəxsi vurub
Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 8-də saat 12 radələrində Xaçmaz şəhəri ərazisində İ.Ağayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Ş.Məmmədəliyevi vurub.

Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh