Avtosfer.az | Reklam
Dörd məmur rüşvət üstündə saxlanılıb
Gündəm 9 Noyabr 2019 14:45 889 dəfə oxunub
Dörd məmur rüşvət üstündə saxlanılıb
Faktla bağlı istintaq aparılır

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin dörd əməkdaşı dörd rüşvət faktı üzrə saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Kobuleti bələdiyyəsi ərazisində həyata keçirilən müəyyən infrastruktur layihələrin yerinə yetirilməsi ilə bağlı sənədlərə görə rüşvət tələb ediblər.

Faktla bağlı istintaq aparılır. Saxlanılanları 6 ildən 9 ilədək həbs cəzası gözləyir. Cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən olunması üzrə istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh