Mingəçevirdə yol polisi sürücülərə bayraq hədiyyə edib - FOTO

Yol polisi 9 Noyabr 2019 17:55 Oxunub 1753
Mingəçevirdə yol polisi sürücülərə bayraq hədiyyə edib              - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər

DİN Mətbuat Xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə “Hər sürücüyə bir bayraq” aksiyası keçirilib.
Yol polisi əməkdaşları sürücüləri bu əlamətdar bayramla əlaqədar təbrik edərək, onlara üçrəngli bayrağımızı hədiyyə ediblər. Aksiya sürücülər tərəfindən də maraqla qarşılanıb və onlar DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh