Avtosfer.az | Reklam
Almaniyada qaydalara məhəl qoymayan azərbaycanlı tutuldu
Gündəm 9 Noyabr 2019 18:15 417 dəfə oxunub
Almaniyada qaydalara məhəl qoymayan azərbaycanlı tutuldu
500 avro dəyərində cərimə ödəməli olacaq

Almaniyanın Mindelhaym şəhərində sərxoş azərbaycanlı sürücü saxlanılıb. 

O, idarə etdiyi avtomobilə əlavə yük vurduğu üçün alman polisi tərəfindən saxlanılıb. 

Araşdırmalar zamanı onun sərxoş olduğu müəyyənləşib. 

Məlumatlara görə, avtomobilə ümumilikdə 3,5 ton yük vurulmasına icazə olub. Ancaq azərbaycanlı sürücünün idarə etdiyi Polşada qeydiyyatda olan avtomobildə 6,5 ton yük olub. 

Saxlanılan avtomobil cərimə meydançasına aparılıb. Azərbaycanlı sürücü isə 500 avro dəyərində cərimə ödəməli olacaq. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh