Avtosfer.az | Reklam
Turistlərin olduğu avtobus aşdı: 32 nəfər xəsarət alıb
Qəzalar 9 Noyabr 2019 19:45 1079 dəfə oxunub
Turistlərin olduğu avtobus aşdı: 32 nəfər xəsarət alıb
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Almaniyada turist avtobusunun qəzaya uğraması nəticəsindən 32 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Hamburq yaxınlarında qeydə alınıb.

Məlumata görə, Polşadan səyahətdən qayıdan almaniyalı turistlərin olduğu avtobus sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Bildirilir ki, avtobusda 48 sərnişin olub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh