Avtosfer.az | Reklam
Qonşu-qonşusunun avtomobilini yandırdı - VİDEO
Avtosfer Foto 9 Noyabr 2019 20:45 1075 dəfə oxunub
Qonşu-qonşusunun avtomobilini yandırdı - VİDEO
O, polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb

Qonşusunun avtomobilini yandıran şəxs polis tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident Türkiyənin Zonquldaq vilayətində qeydə alınıb.

Məlumata görə, Alaplı rayonunun Durxanlı kəndində 33 yaşlı Ş.Ü. evinin qarşısında park etdiyi avtomobilin bir müddət sonra yandığını fərq edib. Maşının sahibi vəziyyəti tez yanğınsöndürmə briqadalarına xəbər verib. Hadisə yerinə gələn mühafizə bölmələrinin əməkdaşları nəqliyyat vasitəsini alovdan mühafizə ediblər. Bundan sonra polis yanğınla bağlı araşdırmalara başlayıb. Polis, apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili Ş.Ü.-nün qonşusu M.A.-nın yandırdığını müəyyən edib.

Şübhəli qonşu polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Bildirilir ki, hadisəyə iki qonşu arasında baş verən ədavət səbəb olub. 

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh