Avtosfer.az | Reklam
Hacıqabulda ağır qəza: İki nəfər öldü
Qəzalar 9 Noyabr 2019 23:45 568 dəfə oxunub
Hacıqabulda ağır qəza: İki nəfər öldü
Faktla bağlı araşdırma aparılır

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.  

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun giriş hissəsində qeydə alınıb.  

Belə ki, “Xəzər” markalı avtomobil idarəetməni itirərək yolun mühafizə səddinə çırpılıb.  

Nəticədə Cəbrayıl rayon sakini, 1988-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər kişi hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh