Hava limanına eniş edən təyyarənin şassisi yandı - VİDEO

Gündəm 10 Noyabr 2019 07:04 Oxunub 1230
Hava limanına eniş edən təyyarənin şassisi yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün sərnişinlər göyərtədən təxliyə edilib, xəsarət alan yoxdur

Misirin Şarm-əl-Şeyx hava limanına eniş edən Ukraynaya məxsus təyyarənin şassisi yanıb. Avtosfer.az xəbər verir ki, insident noyabrın 9-da baş verib.

Ölkənin Mülkü Aviasiya Nazirliyindən verilən məlumata görə, yanğına, hidravlik sistemdən sızan yağ səbəb olub. Nəticədə təyyarənin şassinin şini yanıb. Təcili xidmət dərhal alovu mühafizə edib. Bütün sərnişinlər göyərtədən təxliyə edilib, xəsarət alan yoxdur.

Qeydə edək ki, təyyarə Zaporojye aeroportundan havaya qalxıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh