Kriminal kralları, prezidentlər də bundan istifadə edirlər – ARAŞDIRMA

Maraqlı 10 Noyabr 2019 11:15 Oxunub 4199
Kriminal kralları, prezidentlər də bundan istifadə edirlər –  ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zirehli maşınlar barəsində maraqlı faktlar

Avtomobil icad edildikdən bir müddət sonra heç kim sərnişinlərin qorunmaya ehtiyacı olacağını düşünmürdü. O vaxta kimi ki, 1914-cü ildə Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinand həyat yoldaşı ilə birgə avtomobildə sui-qəsdə uğradı. Bu dünya tarixində avtomobildə dövlət xadimlərinə edilmiş ilk sui-qəsd idi. Sonralar çox olacaq... Lakin hər şeyin ilki daha təsirli olduğu kimi, bu hadisə də Birinci Dünya Müharibəsinin başlamasına səbəb oldu. Davamı olaraq avtomobillər zirehləndi.

 

 

Avstriya-Macarıstan və Almaniyada adi avtomobillər şassisi üzərində ilk hərbi zirehli avtomobil qurulmuşdu. Birinci Dünya Müharibəsi zamanı bu avtomobillərin heç də praktik olmadığı ortaya çıxdı və bir daha bu avtomobillər hərbi məqsədlər üçün istifadə olunmadı. Beləliklə, əvvəlki  səhvləri nəzərə alaraq, hərbi zirehli nəqliyyat vasitələrinin inkişafı ilə bağlı sürətli bir proses başladı.

 

Hərbi zirehli maşınlar demək olar ki, mülki zirehli avtomobillərlə eyni vaxtda ortaya çıxdı. Onların əvvəlki adı “Opell”in 1906-cı ildə “Berlin Motor Show”da nümayiş etdirdiyi model – 18/32 PS idi. Avtomobil kiçik çaplı odlu silahlardan qorunmaq üçün kəmər zirehləri ilə təmin edilmişdi və hücum üçün deyil, əsasən qorunmaq üçün nəzərdə tutulmuşdu. Müharibə illərində alman şirkəti “Daimler” “Mercedes” avtomobilində bu zirehi qismən tətbiq etdi.

 

Stalin və Hitlerə kimi Avropa siyasətçiləri zirehli avtomobildən istifadə etmirdilər

 

Avropa siyasətçiləri keçən əsrin müharibələri dövründə zirehli avtomobillərdən istifadə etmirdilər. Bir çox məsələdə olduğu kimi Stalin və Hitler bu məsələdə də istisna idilər. 1930-cu illərdə Stalin zirehli “Packard”a keçdi. 1938-ci ildəsə Hitler üçün zirehli “Mercedes-Benz 770” (W150) istehsal olundu.     

 

 

1939-cu ilin yazında yalnız Hitlerə deyil, həm də Herinq və Himlerə məxsus zirehli “Mercedes 770” çox maraqlı struktura malik idi. Bu avtomobillər, həqiqətən də, zirehli idilər, hətta onları avtomobilli ZİREH də adlandırmaq olardı – 40 mm qalınlığında pəncərə şüşəsi, 18 mm-lik zireh, elektromaqnitik qapı kilidləri. Bütün təkərlərin diskləri və yan örtükləri əlavə zirehli poladdan hazırlanmışdı. Avtomobilin öz çəkisi 5,5 tona çatırdı. “Mercedes” yalnız 180 km/s qədər sürət yığa bilirdi.

 

Ən çox sui-qəsd cəhdləri qurbanın şəxsi nəqliyyatında baş verir...

 

30 mart 1981-ci ildə avtomobildən çıxan zaman Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqanın (Ronald Reagan, 1911-2004) həyatına sui-qəsd cəhdi edildi.

 

1981-ci ilin ikinci şok hadisəsi – II John Paul (Ioannes Paulus II, 1978-2005) Katolik Kilsəsinin rəhbəri ilə bir avtomobildə gedərkən dindar insanların sıralarında dayanan biri tərəfindən vuruldu.

 

Həqiqətən, yüksək statusa malik olan insanların səyahəti çox təhlükəli olur. Məhz buna görə şəxsi nəqliyyatın sifariş edilməsi onların təhlükəsizliyini təmin etmək üçün məntiqi bir addımdır.

 

35-ci ABŞ prezidenti Con Kennedi (John Kennedy) Texas şəhərinin küçələrində prezident avtomobil karvanında gedərkən 22 noyabr 1963-cü ildə öldürüldü.

 

 

Əgər hər kəs bu insanların avtomobillərinin zirehli olduğunu bilsə, sui-qəsd zamanı cinayətkar qurbanını qətlə yetiriləcək başqa bir vasitədən istifadə edəcəkdir.

 

Məsələn, çar II Aleksandrın (1818-1881) arabasının altlığı zirehli idi. Zirehin əsas elementi "cəhənnəm maşını"ndan qorunmaq üçün polad dəmirbəndi idi. 1881-ci ildə terrorist Nikolay Risakov çarın heyətinə bomba atdığında Aleksandr həmin zirehə görə xilas ola bildi. Lakin 6 dəfə sui-qəsdə uğrayan Aleksandr bundan yaxşı nəticə çıxarmadı. Kropotkinin yazdığı kimi, şahzadə "yaralı çərkəzlərə baxıb, onlara bir neçə söz demək üçün" arabanı tərk etdi. Bu anda, ikinci terrorist İqnatius Qrinivetski başqa bir bomba atdı.

 

Al Kaponenin kriminal aləmdə statusu yüksək olsa da, özünün və ailəsinin həyatı daima təklükədə idi. Buna görə də, 1928-ci ildə Al Kapone Ceyms Bondun belə ona həsəd apara biləcəyi avtomobil aldı. Bu avtomobil New-York küçələrinin, xüsusilə 24 saat “nəfəs alan” Manhettının bəzəyi idi.

 

Al Kaponenin təkərlər üzərində yürüyən gözəl, lakin bir o qədər də aqressiv olan MÖCÜZƏSİ güllə keçirməyən şüşə, 4/1 düymlü zirehlə (6.3 mm) təchiz edilmiş güclü “Cadillac 341” idi.

 

 

Bu zireh Al Kaponeyə 5 min dollarlıq “Cadillac”ı üçün əlavə 30 min dollar həcmində rekord məbləğə başa gəlmişdi.

 

Zireh nəhəngləri

 

Almaniyada “Mercedes-Benz”, Rusiyada Lixaçev zavodu zirehli vasitələrin ən qədim istehsalçılarıdır. Zireh detalları bir-bir istehsal edilir, hər bir avtomobil müştərinin xüsusiyyətlərinə, xarakterinə uyğun olaraq hazırlanır. Buna görə də eyni şirkətin eyni model avtomobil üçün hazırladığı zirehin detalları müştəridən asılı olaraq dəyişə bilərdi.

 

Bu işdə iştirak edən ən məşhur Amerika şirkəti “O`Gara-Hess&Eisenhard”dır. 1887-ci ildən bəri mövcud olan bu şirkət hazırda Pentaqon üçün xüsusi yol nəqliyyat vasitələri istehsal edir. Harri Trumen (Harry Truman) bu şirkətin ilk müştərilərindən idi.  23 noyabr 1963-cü ildə Con Kennedi öldürüldükdən sonra, Pentaqon zirehli avtomobillərinə keçdi...

 

 

Tədricən zirehli maşınları bir çox böyük avtomobil zavodları istehsal etməyə başladı. ABŞ-da “Cadillac” və “Packard”, Almaniyada “Mercedes-Benz”, Böyük Britaniyada “Rolls-Royce” və “Bentley” pionerlərdən idi. Bu cür avtomobillər prezidentlər, baş nazirlər, hökmdarlar üçün əla seçim idi.

 

 

Bəs bizdə?

 

Azərbaycan Prezidentinin sərəncamında 2 avtomobil var: Almaniyanın “Maybach” avtomobil şirkətinin istehsalı olan “Maybach 62” və Almaniyanın digər avtomobil şirkəti “Mercedes-Benz”in istehsalı olan “Mercedes-Benz W221”.

 

 

Bir çox dünya liderinin seçimi olan bu avtomobillər həm təhlükəsiz, həm də komfortlu səyahəti təmin edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh