İki sərnişin avtobusu toqquşdu: 2 ölü, 40 yaralı - VİDEO

Qəzalar 10 Noyabr 2019 20:15 Oxunub 1277
İki sərnişin avtobusu toqquşdu: 2 ölü, 40 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Tanzaniyanın cənubunda iki avtobusun iştirakı ilə baş verən qəzada 2 nəfər ölüb,  40-dan çox insan xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Mbeya bölgəsinin İqava yaşayış məntəqəsində qeydə alınıb.

Məlumata görə, “Ilasi” şirkətinə məxsus sərnişin avtobusu, “Mbeya Express” şirkətinə aid avtobusa çırpılıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, hər iki avtobus ölkənin iri şəhərlərindən olan Dar-es-Salamdan yola çıxıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh