Avtosfer.az | Reklam
İki minik maşını toqquşdu: 4-u ağır, 11 yaralı - FOTO
Avtosfer Foto 10 Noyabr 2019 21:00 826 dəfə oxunub
İki minik maşını toqquşdu: 4-u ağır, 11 yaralı - FOTO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Malatya vilayətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün günorta saatlarında Akçadağ rayonunun Örən istiqamətində qeydə alınıb.

Məlumata görə, İbrahim Üstün idarə etdiyi 44 AAB 799 qeydiyyat nömrə nişanlı yüngül ticarət maşını ilə, əks yoldan gələn Kamal Qırıqdaşın idarəsində olan 44 PS 219 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsində olan 11 nəfər, hadisə yerinə gələn ambulanslarla Malatya Təlim və Araşdırma Xəstəxanasına çatdırılıb. Müalicəsi aparılan yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh