Ucarda yol polisi sürücülərə bayraq hədiyyə edib - VİDEO

Yol polisi 10 Noyabr 2019 22:00 Oxunub 2636
Ucarda yol polisi sürücülərə bayraq hədiyyə edib       - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər

Ucar Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə “Hər sürücüyə bir bayraq” aksiyası keçirilib. Aksiyada, Yol Polisi ilə yanaşı, rayonun digər dövlət qurumlarının əməkdaşları da iştirak edib.
Yol polisi əməkdaşları sürücüləri bu əlamətdar bayramla əlaqədar təbrik edərək, onlara üçrəngli bayrağımızı hədiyyə ediblər. Aksiya sürücülər tərəfindən də maraqla qarşılanıb və onlar DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Avtosfer.az saytı olaraq yol polislərinin bu cür nümunəvi xidmətini alqışlayır və xidmətlərində uğurlar arzu edirik.
 

Rüstəm Cəfərov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh