Bakıda piyadanı vurub öldürərək qaçan sürücünün məhkəməsi başlayır

Qəzalar 11 Noyabr 2019 14:30 Oxunub 1122
Bakıda piyadanı vurub öldürərək qaçan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanılıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elçin Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində baş verib. Sürücü idarə etdiyi avtomobillə piyada - 1962-ci təvəllüdlü Telman Bəhərçiyevi vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Yol nəqliyyat hadisəsinin "Nexia R3" markalı 90-PR-481 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağayev Namiq Qoşqar oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, iyulun 22-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh