Gürcüstanda azərbaycanlı məktəblini maşın vurub

Qəzalar 11 Noyabr 2019 15:00 Oxunub 851
Gürcüstanda azərbaycanlı məktəblini maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırma aparır

Gürcüstanın Marneuli rayonunun mərkəzi Rustaveli küçəsində “BMW” markalı avtomobil 12 yaşlı azərbaycanlı məktəbli qızı vurub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə 3 saylı ictimai məktəbin yaxınlığında baş verib.

Yeniyetmə yolu keçirmiş. O, başından xəsarətlər alıb. Məktəbli dərhal xəstəxanaya çatdırılıb. Məktəblinin aldığı xəsarətlərin həyatı üçün təhlükəli olmadığı bildirilir.

Polis faktla bağlı araşdırma aparır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh