Avtosfer.az | Reklam
Qadınlara qarşı quldurluq edən şəxlər saxlanılıb - Sabirabadda
Gündəm 11 Noyabr 2019 15:45 186 dəfə oxunub
Qadınlara qarşı quldurluq edən şəxlər saxlanılıb - Sabirabadda
Keçirilən müvafiq tədbirlər nəticəsində

Sabirabad rayonunda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olib.

Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün Qaratəpə kəndindəki evə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlayıb, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb ediblər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk ediblər. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib. Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad Rayon Polis Şöbəsi və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.Abdullayev və Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh