“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO

Qəzalar 11 Noyabr 2019 18:00 Oxunub 1170
“Taksi” avtodayanacaqda 5 maşına çırpıldı: 2 nəfər xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Rusiyanın Moskva şəhərində taksi kimi fəaliyyət göstərən maşın avtodayanacaqda 5 avtomobili vurub. Avtosfer.az xəbər verir ki, insident şəhərin şərqində yerləşən Orexov bulvarında qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan taksi kimi fəaliyyət göstərən avtomobil sürücüsü sükan arxasında epileptik tutma keçirib və idarəetmədən çıxan maşın dayanacaqda park edilmiş 5 nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən bir neçə maşına ciddi ziyan dəyib. Hadisə zamanı "taksi"də sərnişin də olub. Nəticədə taksi sürücüsü və sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılan zaman onlardan biri getməkdən imtina edib. 

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh