Ağır yol qəzasında bir ailə yox oldu, daha 7 nəfər isə yaralandı - VİDEO

Avtosfer TV 11 Noyabr 2019 17:15 Oxunub 1162
Ağır yol qəzasında bir ailə yox oldu, daha 7 nəfər isə yaralandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Sakarya vilayətində 3 nəfərin ölümü 7 nəfərində xəsarət alması ilə nəticələnən qəzanın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, insident ötən gecə Adabazar rayonunun Orxanqazi küçəsində baş verib.

Məlumata görə, Biləcik istiqamətində hərəkətdə olan 21 yaşlı Oğulcan Uğurlunun idarəsindəki 54 ADC 490 qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq əks yola hərəkət edərək, 54 S 2046 qeydiyyat nişanlı servis avtobusu ilə toqquşub. Zərbənin şiddətindən sürüklənən avtobus, eyni zolaqda hərəkətdə olan 54 AS 478 qeydiyyat nömrə nişanlı və park edilmiş 45 ED 674 qeydiyyat nömrə nişanlı avtomobillərə çırpılıb.

Dörd nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında Oğulcan Uğurlu hadisə yerində, həyat yoldaşı İncinur Uğurlu ilə 8 aylıq körpələri Əymən Efə Uğurlu xəstəxanada dünyasını dəyişib. Digər 7 nəfərin müalicələri davam etdirilir.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh