Tərtərdə minik avtomobili traktorla toqquşdu: ölən var

Qəzalar 11 Noyabr 2019 17:15 Oxunub 982
Tərtərdə minik avtomobili traktorla toqquşdu: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 9-da saat 19 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisində Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurub. Nəticədə R.Əlizadənin sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh