Goranboyda avtomobil traktorla toqquşdu: xəsarət alan var

Qəzalar 11 Noyabr 2019 18:55 Oxunub 941
Goranboyda avtomobil traktorla toqquşdu: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboyda minik avtomobili traktorla toqquşub.  Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xanqərvənd kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin traktorla toqquşması nəticəsində minik maşınında olan sərnişin, 1969-cu il təvəllüdlü Məmmədova Həcər İbrahim qızı  ağır bədən xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun durumu orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh