Sabirabadda oğurluq edən şəxslər saxlanılıb

Gündəm 11 Noyabr 2019 22:00 Oxunub 1595
Sabirabadda oğurluq edən şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

​DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, noyabrın 6-da Sabirabad rayonu Əlicanlı kənd sakini bir qadın Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

​Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Yolçubəyli kənd sakini A.Hüseynov və Əlicanlı kənd sakini M.Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh