Kürdəmirdə piyadanı avtomobil vurdu

Qəzalar 11 Noyabr 2019 23:45 Oxunub 1351
Kürdəmirdə piyadanı avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmirdə avtomobil piyadanı vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib.

Belə ki, Saatlı rayon sakini 1972-ci il təvəllüdlü Baratov İsgəndər Laçın oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən Kürdəmir rayon Sığırlı kənd sakini Məmmədov Sahil Sabit oğlunu vurub.
Nəticədə S.Məmmədov ağır bədən xəsarətləri alıb.Yaralı təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh