Taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurub - Bakıda

Qəzalar 12 Noyabr 2019 09:15 Oxunub 912
Taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurub - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb. 1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh