Avtosfer.az | Reklam
Yeni “Volvo S60”: təhlükəsizliyin zirvəsində
Avtodünya 12 Noyabr 2019 10:30 224 dəfə oxunub
Yeni “Volvo S60”: təhlükəsizliyin zirvəsində
İlk “Momentum”lar 2020-ci ilin əvvəlində satışa çıxarılacaq

Volvo S60-da artım var: bu sedanların 3-cü xəttini “Momentum” adlandırıblar.

Avtosfer.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Volvo S60” baza komplektində 2 400 000 rubla (65 min manat) başa gələcək. Bu məbləğə qabaq ötürücü, 8- pilləli avtomat qutu və T4 benzin mühərriki də (190a.g.) daxildir.

“S60” dizel motorsuz ilk modeldir. “City Safety” təhlükəsizlik sistemi “S60”ın baza komplektinə daxildir. Bu sistem avtomobilləri, piyadaları, velosipedçiləri və iri heyvanları yolda tanıyır və təhlükə yarandıqda avtomatik tormozlanma tətbiq edir.

Avtomobilin standart təchizatına həmçinin yoldan çıxmanın qarşısını alma sistemi, qarşı tərəfdən hərəkət  zolağına çıxmanın qarşısını alma sistemi də daxildir.

Həmçinin baza təchizatında Sensus informasiya-əyləndirici sistem, avtomobilin funksiyalarını  mobil əlavə vasitəsilə məsafədən idarə edə bilən “Volvo on Call” sistemi təklif edilir.

İlk “Momentum”lar 2020-ci ilin əvvəlində satışa çıxarılacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh