Bakıda əyyaş kişi “Mazda” ilə yoxa çıxdı

Gündəm 12 Noyabr 2019 14:15 Oxunub 719
Bakıda əyyaş kişi “Mazda” ilə yoxa çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Qaradağ rayon Polis İdarəsindən məlumat daxil olub

Qaradağ rayonu polis əməkdaşları oktyabrın 10-da avtomobili ilə birlikdə yoxa çıxan 38 yaşlı Lökbatan sakini Ramin Səfərovu axtarır.

Bu barədə Oxu.Az-a Qaradağ rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, noyabrın 9-u Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Ekologiya postunda, R.Səfərovun sərxoş vəziyyətdə idarə etdiyi “Mazda CX-9”  90-NZ-881 dövlət nömrə nişanlı avtomobili saxlayıblar.

Bununla əlaqədar olaraq, polislər avtomobili cərimə meydançasına yerləşdiriblər. Sürücünü isə qanında alkoqolu müəyyən etmək üçün tibbi müayinəyə göndəriblər. Tibbi müayinədən sonra R.Səfərov yenidən yoxa çıxıb.

Polis İdarəsindən verilən məlumata görə, hələlik onun yerini müəyyən etmək mümkün olmayıb. İlkin məlumata görə, R.Səfərov tüfeyli, əyyaş həyatı keçirib, tapılan avtomobil isə atasına məxsus olub. Polis onun sağ olduğuna əmindir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh