Avtosfer.az | Reklam
Sərnişin avtobusu aşdı: 15 yaralı
Qəzalar 12 Noyabr 2019 14:00 160 dəfə oxunub
Sərnişin avtobusu aşdı: 15 yaralı
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başlanılıb

Gürcüstanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün Acariya bölgəsinin Keda kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, Batumudən Keda kəndi istiqamətində hərəkətdə olan sərnişin avtobusu sürücünü idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Qəzada yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh