Bakıda yeniyetmə avtomobil qaçırıb

Gündəm 12 Noyabr 2019 22:15 Oxunub 904
Bakıda yeniyetmə avtomobil qaçırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Binəqədi rayonunda yeniyetmə avtomobil qaçırıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Xəlilov oktyabrın 25-nə keçən gecə Q.Qarayev küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh