Avtosfer.az | Reklam
Həm qayda pozur, həm də "danq-danq" siqnal verir - VİDEO
Avtosfer TV 16 Noyabr 2019 09:48 695 dəfə oxunub
Həm qayda pozur, həm də "danq-danq" siqnal verir - VİDEO
10-AS-988 nömrəli avtomobilin sürücüsü belə təhlükə yaradır

Bakı-Sumqayıt yolunda yol hərəkəti qaydasını pozan və qadağan olunmuş səs siqnalından istifadə edən sürücü kameraya düşüb. Avtosfer.az xəbərinə görə  videodan aydın şəkildə görünür ki, yanacaq doldurma məntəqəsindən hərəkətə başlamaq üçün iki zolaq təşkil edilib. Sol zolaqdan hərəkətə başlamaq istəyən 10-AS-988 qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü baş yolun boş olmasına baxmayaraq dayanır. Sağ zolaqdakı avtomobil isə onun hərəkətə başlamasının gecikdiyini görüb öz zolağı ilə baş yola çıxır. Bu zaman 10-AS-988 qeydiyyat nişanlı avtomobil qadağan edilmiş səs siqnalından istifadə edərək öz etirazını bilidirib. Dövlətə məxsus olan avtomobili idarə edən sürücü bir neçə qaydanı kobud şəkildə pozub. Qeyd etdiyimiz sürücü biraz qarşıda yenə də qadağan olunmuş səs siqnalından istifadə edərək həmin sürücüyə haqsız etirazını bildirib.

10-AS-988 qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa dönərkən yol hərəkəti haqqında qanunun 42- ci maddəsinin I hissəsinin tələbini pozaraq dönmə işığını yandırmayıb (Sürücü hərəkətə başlamazdan əvvəl dönmə işıqlarından istifadə etməlidir), 42-ci maddənin X hissəsinin tələbini pozaraq sağ zolaqdakı avtomobili sıxışdırıb (Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə  sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Sürücü avtomobilə  74- cü maddənin IV hissəsinin tələbini pozaraq çoxavazlı səs siqnalı da quraşdırıb (Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır).

 

Fərid

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh