Avtosfer.az | Reklam
Hava şəraiti qeyri-sabit keçəcək, intensiv yağış, güclü külək... - XƏBƏRDARLIQ
Gündəm 12 Noyabr 2019 17:15 170 dəfə oxunub
Hava şəraiti qeyri-sabit keçəcək, intensiv yağış, güclü külək... - XƏBƏRDARLIQ
Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən, şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh