Narkotik vasitə - tiryək aşkarlanıb - VİDEO

Gündəm 12 Noyabr 2019 16:30 Oxunub 834
Narkotik vasitə - tiryək aşkarlanıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn həmin ölkə vətəndaşı Pour Nabi Mavaneh Abdollah Aziz oğlu saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd qara rəngli sellofan torbada olan karton qutunun içərisində, 2 ədəd yumru formalı ehtiyyat hissələrinin hər birinin daxilindəki boşluqda, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3420 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh