Ehtiyat təkərin içindən 27 ədəd mobil telefon çıxdı

Gündəm 12 Noyabr 2019 15:00 Oxunub 568
Ehtiyat təkərin içindən 27 ədəd mobil telefon çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Tayota Prado" markalı avtomobil saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə baxış zamanı xidməti it avtomobilin ehtiyat təkərinə reaksiya verib. Daha sonra həmin təkər rentgen qurğusunda yoxlanılıb. Nəticədə, təkərin içində gömrük nəzarətindən gizlədilmiş şəkildə 27 ədəd "iPhone" markalı müxtəlif modelli mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh