“Təbiət naminə birləş, Həyat naminə birləş!” adlı ağacəkmə aksiyası iştirakçılarının daşınması təmin edilib

Gündəm 12 Noyabr 2019 15:25 Oxunub 798
“Təbiət naminə birləş, Həyat naminə birləş!” adlı ağacəkmə aksiyası iştirakçılarının daşınması təmin edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər biriniz şəhərimizin ekoloji durumuna töhfə vermiş olursunuz

Sosial Məsuliyyət layihələri çərçivəsində “Təbiət naminə birləş, Həyat naminə birləş!” adlı ağacəkmə aksiyası iştirakçılarının daşınması təmin edilib. Belə ki, Heydər Əliyev Fondunun Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında təşkil etdiyi aksiyada iştirak edən vətəndaşların rahat və təhlükəsiz daşınması məqsədilə Xətai metrosu - Sadıqcan küçəsi istiqamətində 70 ədəd iri tutumlu avtobus, Həzi Aslanov metrosu - Sadıqcan küçəsi istiqamətində 50 ədəd avtobus daşımaya cəlb edilib. Ümumilikdə 120 avtobus cəlb olunmaqla 142 reys icra edilib və 7200 nəfər daşınıb. Ağacəkmə aksiyası bitdikdən sonra ümumilikdə 6000-ə qədər iştirakçının bir istiqamət üzrə - Xətai metrostansiyasına daşınması həyata keçirilib. Göstərdiyimiz dəstəyin, sosial məsuliyyət olmaqla yanaşı, həm də şəhərimizin ətraf mühitinin qorunması baxımından da əhəmiyyətli olduğunu vurğulamaq istərdik. Bu cür kütləvi tədbirlərə şəxsi deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edərək getməklə, hər biriniz şəhərimizin ekoloji durumuna töhfə vermiş olursunuz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh