Maşını 11 ildir satıb, cərimələr ona gəlir – DYP də yorulub, sürücü də - FOTO

Xəbərlər 12 Noyabr 2019 15:15 Oxunub 1830
Maşını 11 ildir satıb, cərimələr ona gəlir –  DYP də yorulub, sürücü də - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əkbər Yusufov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki...

Bakı şəhər sakini Əkbər Yusufov qeyri-adi hadisə ilə üzləşib. Avtosfer.az xəbər verir ki, o, özünə məxsus 10-XK-842 qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobili 2008-ci ildə etibarnamə ilə digər şəxsə satıb. Lakin etibarnamənin vaxtı bitdiyinə görə avtomobillə törədilən xətalar üzrə tərtib olunmuş qərarlar birbaşa mülkiyyətçi Əkbər Yusufovun adına tərtib edilir. O, bu barədə dəfələrlə Baş Dövlət Yol Polisinə rəsmi şikayətlər edib. Şikayətlər qeydiyyat üzrə Sabunçu rayon DYP Şöbəsində araşdırılaraq eyni məzmunlu cavablar verilir. 
Müraciətlərə verilən cavablarda bildirilir ki, “avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərar qəbul olunub”. Lakin avtomobilin sürücüsü hər həftə qayda pozduğu üçün elektron qaydada qərarlar tərtib olunur. Cərimələr ödənmədiyi üçün avtomobilin mülkiyyətçisi Əkbər Yusufova hər dəfə Sabunçu rayon DYP-dən rəsmi məktub göndərilərək sürücülük hüququnun məhdudlaşdırılacağı barədə xəbərdarlıq edirlər. O, hər dəfə bu məzmunlu müraciəti aldıqdan sonra DYP Şöbəsinə yaxınlaşır və idarədə Əkbər Yusufovun olduğunu bildikdə, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı göndərilən sənədləri cırıb ləğv edilər. Bu məsələdən bezən Sabunçu rayon DYP şöbəsinin əməkdaşları Əkbər Yusufova müsbət nəticə əldə etmək üçün Baş Dövlət Yol Polisi idarəsinə getməyi tövsiyə ediblər.
Əkbər Yusufov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edir ki, məsələnin kökündən həll olunması və avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı göstəriş versin.

 

Təbriz Yusubov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh