Avtosfer.az | Reklam
Şamaxıda təhlükəli piyada zolağı - FOTO
Gündəm 12 Noyabr 2019 17:45 128 dəfə oxunub
Şamaxıda təhlükəli piyada zolağı - FOTO
Bəzi piyada zolaqlarının yerində yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulur

Şamaxı rayonunda sakinlər yeni çəkilən piyada zolağından istifadə edə bilmir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, problem hazırda inşası davam etdirilən Bakı-Şamaxı-Yevlax yolundadır.

Müasir standartlara uğun inşa edilən yol iki zolaqdan dörd zolağa əvəzlənir, sürücülərin rahat hərəkətinin təmini üçün işlər görülür.

Yolun yaşayış məntəqələrinə yaxın hissəsində, piyadaların sıx hərəkət etdiyi yerlərdə çəkilən piyada zolağı istifadəyə yararsızdır. Yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən piyadanın qarşısına avtomobilərin gediş və dönüşünü tənzimləyən beton plitələr çıxır. Bu mənzərə ilə yolun bir neçə hissəsində rastlaşmaq mümkündür.

Rayonun Sabir qəsəbəsində yerləşən piyada zolağında da vəziyyət eynidir. Hər gün bu yoldan istifadə edən sakinlər yolu keçməkdə çətinlik çəkir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolda tikinti işləri tam yekunlaşdırılmayıb:

“Buna görə bəzi çatışmazlıqların olması qaçılmazdır. Amma bu, müvəqqətidir. Çünki tikintinin yekunlaşdırılması ilə bu problemlər də tam aradan qaldırılacaq”. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, həmin nöqtələrə yaxın günlərdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol nişanları qoyulacaq və beton maneələrin arasından vətəndaşların magistral yolu keçməsi üçün şərait yaradılacaq.

Nişanlanma işləri tam başa çatmadığı üçün piyadaların təhlükəsizliyi baxımından bu, hələlik mümkün deyil. Bundan başqa, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən hissəsində bəzi piyada zolaqlarının yerində yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulur. 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh