Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub

Qəzalar 12 Noyabr 2019 20:00 Oxunub 989
Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Biləsuvar rayonunda 10 yaşlı uşağı avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar şəhərində, Mərkəzi Bazarın önündə qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakini, 2009-cu il təvəllüdlü Aydın Əliyevi yolu keçmək istəyərkən  "Mercedes" markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh