Bayram günlərində Bakı-Gəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb

Gündəm 12 Noyabr 2019 21:15 Oxunub 760
Bayram günlərində Bakı-Gəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu adi iş günlərində daşınan sərnişindən iki dəfə çoxdur"

Bayram günlərində adi iş günlərinə nisbətən dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki dəfə çox olub. Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Bildirilir ki, Dövlət Bayrağı Günü ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, noyabrın 9-da bir istiqamətə, noyabrın 11-də isə hər iki istiqamətə olmaqla, əlavə qatar təyin edilib: "Həmin tarixlərdə Bakı-Gəncə-Bakı istiqamətində 2389 sərnişin daşınıb. Bu da, müvafiq olaraq, adi iş günlərində daşınan sərnişindən iki dəfə çoxdur".

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh