Avtosfer.az | Reklam
Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib
Gündəm 12 Noyabr 2019 20:20 149 dəfə oxunub
Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb

Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbiri Akademiyanın rəisi Qulu Novruzov açaraq Konstitusiya gününün qeyd olunmasının tarixindən danışıb. Qulu Novruzov bildirib ki, 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi-siyasi yola ekskurs edən Qulu Novruzov Ulu öndərin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişaf etdiyini, sabitliyin əldə olunduğunu bildirib.

Qulu Novruzov, dövlətin institusional təsisatlarının yaradılması, o cümlədən Konstitusiyanın formalaşdırılmasında Heydər Əliyevin rolundan danışıb və Ulu öndərin siyasi iradəsi ilə ölkədə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. Akademiya rəisibu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb.

Qulu Novruzov 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini və Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu qeyd edib. Qulu Novruzov bu günün əhəmiyyətindən bəhs edərək, dövlət atributlarına hörmətin vacibliyini vurğulayıb. O, gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.

Tədbirdə Konstitusiya gününə həsr olunmuş video süjet nümayiş olunub.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sübhan Əliyev Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışıb və bu günün əhəmiyyətindən söz açıb.

Tədbirdə Akademiyanın "Hüquqşünaslıq" ixtisasının 2-ci kurs tələbəsi Cəbrayıl Məmmədzadə "Konstitusiya gününün qanunverici tarixi və onun əhəmiyyəti", "Hüquqşünaslıq" ixtisasının 3-cü kurs tələbəsi Uğur Tərlanlı "Konstitusiyanın hüquq yaradıcılığında rolu və əhəmiyyəti" mövzusunda təqdimatlarla çıxış ediblər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh