Yol verməyən sürücü qəza törətdi - VİDEO

Qəzalar 28 May 2014 23:30 Oxunub 1831
Yol verməyən sürücü qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi rayonu ərazisində baş vermiş yol qəzasında iki avtomobil toqquşub

Bakının Binəqədi rayonu ərazisində baş vermiş yol qəzasında iki avtomobil toqquşub. Pərvin Əzimovun idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitəsi 22-ci Dağlı küçəsindən, Ziya Bünyadov prospekti istiqamətində hərəkət edirmiş. Keçmiş Karl Marks dairəsində onun avtomaşını Cəmil Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Həmin vaxt “Jiquli” də Ziya Bünyadov prospektilə metronun “20 yanvar” stansiyası istiqamətində hərəkətdəymiş. Avtoqəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin ehtimala görə, qəzaya “İnfiniti” markalı avtomobilin sürücüsü Pərvin Əzimovun yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəb olub. 22-ci Dağlı küçəsindən, Ziya Bünyadov prospektinə çıxan sürücü, prospektlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə yol verməyib və hərəkətinə davam edib. Halbuki həmin ünvanda yol ver nişanı da quraşdırılıb. Faktla bağlı araşdırma aparılır. ANS

ŞƏRH YAZ
Ad

E-mail

Şərh