İmişlidə qatar “Jiquli” ilə toqquşub - FOTO

Qəzalar 12 Noyabr 2019 21:45 Oxunub 1031
İmişlidə qatar “Jiquli” ilə toqquşub        - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır

İmişlidə minik avtomobili qatarla toqquşub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb. 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh