Çexiya bu ilin sonuna kimi ABŞ-dan 12 helikopter alacaq

Texnologiya 13 Noyabr 2019 09:15 Oxunub 2847
Çexiya bu ilin sonuna kimi ABŞ-dan 12 helikopter alacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək”

Çexiya Hərbi Hava Qüvvələrinə 12 döyüş helikopterinin alınması üçün bu ilin sonuna qədər ABŞ-la müqavilə imzalayacaq. Avtosfer.az APA-ya istinadən istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Lubomir Metnar açıqlama verib. “12 helikopterin alınması üçün 14,6 milyard kron (təxminən 700 milyon dollar) dəyərində müqavilə 2019-cu ilin sonuna qədər imzalanmalıdır. Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək”, - nazir belə deyib.

Onun sözlərinə görə, söhbət 8 çoxməqsədli “UH-1 Venom” və 4 hücum xarakterli “AH-1 Viper” helikopterindən gedir. Vaşinqtondan Praqaya edilən təklifə helikopterlərin quraşdırılmış silah sistemləri və tam texniki avadanlıqla təmin edilməsi də daxildir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh